Bu ölkənin deputatlarına “TikTok”dan istifadə qadağan olundu
2 Avqust 2022 15:17 DünyaYeni Zelandiya parlamentinin üzvləri iş cihazlarında, o cümlədən telefonlarında "TikTok"dan istifadə etməməklə bağlı xəbərdarlıq məktubları alıblar.
Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Nəşrin məlumatına görə, deputatlara Çin hökumətinin "TikTok" vasitəsilə siyasətçilərin məlumatlarına çıxış əldə edə biləcəyi bildirilib.
Qeyd edildiyi kimi, Yeni Zelandiya hakimiyyəti "TikTok" sahiblərinin Çin rəhbərliyi ilə əlaqəsinə əmindir, buna görə də siyasətçilərə israrla müvafiq tətbiqi silməyi tövsiyə edib.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31