Türkiyədə meymunçiçəyinə yoluxanların sayı 5-ə çatıb

Türkiyədə 5 nəfər meymunçiçəyi virusuna yoluxub.

Olaylar.az bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir Türkiyədə ilk dəfə 30 iyunda aşkarlanan meymunçiçəyi virusuna yoluxanların sayının artdığını bildirib: "Ölkəmizdə meymunçiçəyi virusuna 5 yoluxma aşkar edilib, onlardan 4 nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir".

Nazir əlavə edib ki, xəstəlik yaxın təmasla keçir, ona görə də pandemiya riski yoxdur.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31