Bu ölkədə koronavirusa yoluxma iki həftədə üç dəfədən çox artıb
2 Avqust 2022 13:25 DünyaQazaxıstanda son iki həftədə koronavirusa yoluxanların sayı əvvəlki 14 günlük dövrlə müqayisədə 3,2 dəfə artıb.
Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Ajar Qiniyat hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, epidemioloji vəziyyətə görə Nur-Sultan orta risk zonasında (sarı), qalan rayonlar isə yaşıl zonadadır.
Nazirin sözlərinə görə, halların 80 faizi peyvənd olunmamış sakinlər və ya altı aydan artıq peyvənd olunmuş vətəndaşlardır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31