"START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara keçməyə hazırdır" - Bayden
1 Avqust 2022 23:57 DünyaABŞ Rusiya ilə nüvə də daxil olmaqla yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə bazar ertəsi, avqustun 1-də ABŞ prezidenti Co Bayden bildirib.
"Bu gün mənim administrasiyam 2026-cı ildə istifadə müddəti başa çatan START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara keçməyə hazırdır", - deyə C.Bayden bildirib.
C.Bayden xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31