Kosovska-Mitroviça şəhərində GƏRGİNLİK
1 Avqust 2022 22:25 DünyaKosovanın daxili işlər naziri Cəlal Sveçl Serbiya ilə sərhəddə baş verən insident nəticəsində 11 mülki şəxsin yaralandığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə N1 kanalı məlumat yayıb.
Nazirin sözlərinə görə, insident nəticəsində mülki şəxslərin və hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərinə də ziyan dəyib. Hadisələrin səbəbkarları isə qanunsuz silahlı cinayətkar strukturlardır.
Xatırladaq ki, Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitroviça şəhərində atəş səsləri eşidilib və həyəcan siqnalı işə düşüb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31