"Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq edirik" - Bayden
1 Avqust 2022 20:43 Dünya"ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə birlikdə AUKUS alyansının nüvə silahının yayılmaması standartlarına uyğunluğu məsələsi üzərində işləyir".
Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi tərəflərinin konfransının açılışı ilə bağlı bəyanatında deyilir.
"Biz Avstraliya, Böyük Britaniya və ABŞ-ın üzv olduğu AUKUS tərəfdaşlığının nüvə silahının yayılmaması standartlarına cavab verməsini təmin etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq edirik", - sənəddə bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31