Ukraynaya əlavə daha 4 ədəd HİMARS reaktiv yaylım atəşi sistemi gətirilib

ABŞ-dan Ukraynaya əlavə daha 4 ədəd HİMARS reaktiv yaylım atəşi sistemi gətirilib.

Olaylar.az xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov Tvitter səhifəsində məlumat yayıb.

"Biz sübut etdik ki, bu silahlarla necə davranacağımızı bilirik. HIMARS salvo səsi bu yayın cəbhə xəttində əsas musiqi hitinə çevrilib!", - Reznikov bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31