Tanınmış futbolçu jurnalistə hücum etdi - FOTO

Türkiyənin Beşiktaş komandasının köhnə ulduzu futbolçu Manuel Fernandes jurnalistə hücum edib. 

Olaylar.az xəbər verir ki, 5 qız dostu ilə Kuruçeşmədəki məkanların birindən çıxarkən kameralara yaxalanan Fernandes əsəbiləşib. 

Belə ki, 36 yaşındakı futbolçu və meneceri "Beyaz TV" müxbiri Mustafa Ağdağa hücum edib. Daha sonra Fernanes jurnalisti yumruqlamağa başlayıb.

Hücuma məruz qalan müxbir Mustafa Ağdağ məsələ ilə bağlı polisə şikayət edib. 

Polis hadisə ilə əlaqədar araşdırma başladıb.

Lent.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31