Dağıstanda ağır qəza: Ölənlər və xəsarət alanlar var - FOTO
1 Avqust 2022 16:12 DünyaRusiyanın Dağıstan Respublikasının Noqay rayonunun ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsi məlumat yayıb.
Qeyd olunur ki, "Lada Priora" markalı avtomobillə "Lada Granta"nın toqquşması nəticəsində iki nəfər həyatını itirib, altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata əsasən, "Lada Priora"nın sürücüsü qarşı zolağa çıxaraq "Lada Granta" ilə toqquşub.
Xəsarət alan sərnişinlərdən biri üç yaşlı azyaşlıdır.



Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31