Bu ölkədə koronavirusun kökü kəsildi

Şimali Koreyada (KXDR) artıq 3 gündür qızdırma aşkar edilmir. Olaylar.az xəbər verir ki,  bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib. Ölkədə apreldən bəri 4,77 milyon nəfər qızdırmaya yoluxub onlardan 99,99%-i sağalıb, cəmi 144 nəfərin müalicəsi davam edir. Qızdırmadan ölənlərin sayı 74 nəfər, ümumi ölüm səviyyəsi 0,002%-dir. Agentlik bildirir ki, infeksiya ilə mübarizə davam edir.

Qeyd edək ki, rəsmi mənbələr koronavirus xəstəliyinin sərhəddə xidmət keçən əsgərin yad cisimlə təması nəticəsində ölkəyə gəldiyini iddia edirlər. KXDR-də Covid-19 xəstəliyini "spesifik qızdırma" termini ilə ifadə olunur. 

Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31