Papa istefa verəcək - SƏBƏB?

Papa Fransisk səhhətinə görə istefa verməyə hazırdır.

Olaylar.az xəbər verir ki, o, bu barədə Sky News telekanalına müsahibəsində bildirib.

Son aylarda Roma Papası Fransisk əzələ qırıqlığı və iltihabından sonra əlil arabasından istifadə etmək məcburiyyətində qalıb.

85 yaşlı Papa Kanadaya bir həftəlik səfərindən sonra Romaya qayıdan təyyarədə jurnalistlərə "Əvvəlki sürətlə səyahət etməyə davam edə biləcəyimi düşünmürəm" deyib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31