"Bu, qeyri-qanunidir, hərbi cinayətə çağırışdır" - Kris Brayant
30 İyul 2022 22:32 DünyaƏsir düşmüş Azov alayının döyüşçülərini asaraq edam etməyi təklif edən Rusiyanın Britaniyadakı səfirliyi dərhal ölkədən çıxarılmalıdır.
Olaylar.az xəbər verir ki, bu sözləri Britaniyanın Leyboristlər Partiyasından olan deputatKris Brayant Tvitter səhifəsində yazıb.
"Bu, qeyri-qanunidir, hərbi cinayətə çağırışdır. Böyük Britaniyanın bütün Rusiya səfirliyini Moskvaya geri göndərməsinin vaxtı çatıb. Liz Trass (xarici işlər naziri - red.), siz nə edəcəksiniz?", - deputat tvitində soruşub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31