"Köçürüləcək növbəti ərazi Zaporojye rayonu ola bilər" - "UNİAN"

Donetsk vilayətindən ən azı 200-220 min yerli sakin təxliyə edilməli olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Rayonun işğal olunmamış ərazilərinin sakinləri yalnız şəxsi imzası ilə yazılı şəkildə təxliyədən imtina etmək imkanı əldə edəcəklər.

"Əgər bir sakin bundan imtina edərsə, o, bütün nəticələri başa düşdüyünü, xəbərdar olduğunu və həyatına şəxsən cavabdeh olduğunu imzalamalı olacaq. Biz demokratik ölkəyik, kimisə məcbur edə bilmərik", - məlumatda bildirilir.

Qeyd olunur ki, köçürüləcək növbəti ərazi Zaporojye rayonu ola bilər. Belə ki, onun da 65 faizində qaz yoxdur.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31