"Daşqınlar səbəbindən təxminən 70 min insanı təxliyə edilib" - "Sinxua"
30 İyul 2022 19:15 DünyaÇin hakimiyyəti ölkənin Liaoninq vilayətində son üç gündə güclü yağışlar və daşqınlar səbəbindən 70 minə yaxın insanı təxliyə edib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Məlumata əsasən, təxminən 80 min insan fəlakət zonasındadır.
Bildirilib ki, təbii fəlakətin vurduğu birbaşa iqtisadi zərər təxminən 12,7 milyon yuan (təxminən 1,9 milyon dollar) təşkil edib. 1,6 min hektardan çox əkin sahəsi zərər çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31