Pelosinin olduğu təyyarə Havay adalarına enib
30 İyul 2022 18:35 DünyaABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 09-0540 qeydiyyat nömrəli Boeing C-40С təyyarəsi Havay adalarının Honolulu hava limanına enib.
Olaylar.az xəbər verir ki, bunu "Flightradar24"ün real vaxt rejimində uçuş izləmə xəritəsində görmək olar.
Ehtimal olunur ki, təyyarə Tayvana gedir, Havay adalarına isə yanacaq doldurmaq üçün enib. Çin ordusunun spiker Pelosinin Tayvana enişinin qarşısını almaq üçün hava məkanını bağlamaq məqsədilə təlimlərə başlaya biləcəyi ehtimal edilir.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31