"Bayraktar" pilotsuz uçuş aparatlarının birgə istehsalına dair danışıqlar aparılmır - Çavuşoğlu

Türkiyə ilə Rusiya arasında "Bayraktar" pilotsuz uçuş aparatlarının birgə istehsalına dair danışıqlar aparılmır.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu, mətbuatın iddiasıdır, belə bir təklif mövcud deyil: "Bu dronları Türkiyə dövləti deyil, özəl bir şirkət uğurlu şəkildə istehsal edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31