ABŞ Dövlət katibi və Sergey Lavrov arasında telefon danışığı olub
29 İyul 2022 22:06 DünyaABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Entoni Blinken məlumat verib.
Onun sözlərinə görə, söhbət səmimi və sadə olub, tərəflər bir sıra məsələlərlə yanaşı, məhbusların mübadiləsini də müzakirə ediblər.
Dövlət katibi bildirib ki, o, rusiyalı nazirə Ukrayna regionlarının Rusiyanın tərkibinə daxil olacağı halda ABŞ-ın əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31