İstanbul boğazı ikitərəfli BAĞLANDI

Misirdən Bolqarıstana gedərkən gəminin nasazlığı səbəbindən Bosfor boğazı iki tərəfli nəqliyyata bağlanıb.

Olaylar.az xəbər verir ki, Sahil Təhlükəsizliyi Baş Müdirliyinin sosial media hesabında bildirilib.

"Misirdən Bolqarıstana səfər edərkən Yavuz Sultan Səlim Körpüsü yaxınlığında 134 metr uzunluğundakı Sparta gəmisində nasazlıq yaşanıb. Bələdçi kapitanımız və Kurtarma-12 və Nazim Tur yedək gəmilərimiz ora yönəldilib"- bəyanatda qeyd olunub. 

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31