Hulusi Akar və Aleksandr Kubrakov arasında telefon danışığı olub
29 İyul 2022 20:37 DünyaTürkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı olub.
Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı taxıl daşınmasına hazırlıqla bağlı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Hər iki nazir texniki işlərin yekunlaşma üzrə olduğunu və ən qısa müddətə daşınmanın planlaşdırıldığını bildirib.
Eyni zamanda telefon danışığında İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki əməkdaşlıq və koordinasiyadan məmnunluq ifadə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31