"BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək" - Almaniya Müdafiə Nazirliyi

Almaniya müdafiə naziri Ukrayna qüvvələrinə 16 BIBER körpüdöşəyən tank göndərilməsi barədə qərar qəbul edib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

"BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək", - nazirliyin bəyanatında qeyd olunub.

Vurğulanıb ki, 6 sistemdən ibarət ilk partiya payızdan başlayaraq bu il Ukraynaya çatdırılacaq. Digər 10 sistemin isə gələn il tədarük edilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31