"Ukraynalı məhbusların saxlandığı islah koloniyası ruslar tərəfindən atəşə tutulub" - Ukrayna Baş Prokurorluğu
29 İyul 2022 19:29 DünyaDonetsk vilayətinin Yelenovka kəndində ukraynalı məhbusların saxlandığı 120 saylı islah koloniyası ruslar tərəfindən atəşə tutulub. Atəş zərbəsindən 40-a yaxın insan həlak olub, 130 nəfər isə yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, koloniyanı ruslar əsirlik kimi istifadə edib. Belə ki, burada mülki vətəndaşlar və hərbi əsirlərin saxlandığı bildirilir.
Qeyd edək ki, aktla bağlı müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə ibtidai istintaq başlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31