Fransada sudan istifadə məhdudlaşdırıldı – Ölkədə son 63 ilin ən quraq dövrü yaşanır

Fransada quraqlıq səbəbindən sudan istifadəyə məhdudiyyət tətbiq edilib. Bununla bağlı qərarı 96 departamentdən 93-ü dəstəkləyib.

Məhdudiyyətə əsasən müəyyən vaxtlarda bağları və əkin sahələrini sulamaq qadağandır. Ən çətin şəraiti olan bölgələrdə suyun yalnız içməli, yanğınsöndürmə və əhalinin sağlamlığı üçün istifadəsinə icazə verilir.

Fransanın Ekologiya, Davamlı İnkişaf, Nəqliyyat və Mənzil Təsərrüfatı Nazirliyinin məlumatına görə, yağıntıların olmaması və yüksək temperatur səbəbindən ölkədə vəziyyət kritikdir. Yalnız Paris, Hauts-de-Seine departamenti və Sen-Deni kommunası quraqlıqdan təsirlənməyib. 2022-ci ilin iyul ayı Fransa üçün 1959-cu ildən bəri ən quraq ay olub.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31