Conni Depp rəssam kimi debüt etdi və bir neçə saata yüzlərlə əsəri satıldı - FOTO
29 İyul 2022 12:39 DünyaHollivud aktyoru və musiqiçisi Conni Depp "Friends And Heroes" ("Dostlar və Qəhrəmanlar") adlı debüt kolleksiyasından rəsm əsərlərini 3 milyon funt sterlinqə (6,2 milyon manat) satıb.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "MK.ru"-nun məlumatına görə, əsərlər Britaniyanın "Castle Fine Art" onlayn mağazasında təqdim edilib.
İlk kolleksiyaya aktyorun qravürləri daxil olub. Bunlar müğənni Bob Dilanın, aktyor Al Paçinonun, aktrisa Elizabet Teylorun və "The Rolling Stones" qrupunun gitaraçısı Keyt Riçardsın portretləridir. Depp bu insanların onu ilhamlandırdığını deyib.
Ümumilikdə kolleksiyaya 780 art-print daxil olub, onlar da bir neçə saat ərzində satılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31