Moskvada yataqxanada yanğın: 8 ölü, 4 yaralı
29 İyul 2022 12:15 DünyaMoskvanın cənub-şərqində yerləşən Brateyevo rayonunda yataqxanada yanğın baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, baş verən yanğında 8 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Ölümə əsas səbəbin pəncərələrə bərkidilmiş dəmir barmaqlıqlar olduğu bildirilib.
Yataqxanada yanğın siqnalizasiyasının olduğu, lakin işlək vəziyyətdə olmadığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31