“Amazon" zərərini açıqladı - 2 milyard dollar itki
29 İyul 2022 10:47 DünyaDünyanın ən böyük elektron ticarət platforması olan "Amazon" 2022-ci ilin 2-ci rübdə 2 milyard dollar zərərlə üzləşib.
"Amazon"un verdiyi açıqlamaya görə, şirkətin bu ilin aprel-iyun dövründə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 121,2 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis satışları 113,1 milyard dollar olub və həmin dövrdə 7,8 milyard dollar xalis mənfəət əldə edib.
Bu ilin eyni dövründə isə şirkət 2 milyard dollar itki ilə üzləşib. Şirkətin bu ilin ikinci rübündə səhm üzrə zərəri 0,20 dollar təşkil edib. "Amazon" ötən ilin ikinci rübündə hər səhmə görə 0,76 dollar mənfəət əldə etmişdi.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31