Tavana yapışdırılmış xiyar dilimi on min dollara satılır - FOTO
29 İyul 2022 11:06 DünyaYeni Zelandiyada Oklend qalereyasının tavanına yapışdırılmış çizburgerin içərisindən çıxarılmış xiyar turşusu dilimi on min dollara satılır.
Olaylar.az xəbər verir ki, bu, avstraliyalı rəssam Metyu Qriffin ("Turşu") adlı yeni əsəridir.
Müasir incəsənətin pərəstişkarları və tənqidçiləri "Turşu"nu müxtəlif tərzdə qiymətləndirirlər. Birinci qrup art obyekti parlaq, ikincilər isə axmaq hesab edir.

oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31