Meksikada yüzlərlə miqrant yük maşınında ölümə tərk edildi - VİDEO

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Vesti.ru"-nun məlumatına görə, Meksikada magistral yolda yüzlərlə miqrantın olduğu qapalı treyler tapılıb.

 

Ölkəyə qeyri-qanuni yolla daxil olmuş şəxsləri tam qapalı yük maşınından yerli sakinlər xilas ediblər.

Onlar hava çatışmazlığından avtomobilin damını sındırmağa çalışan miqrantların səs-küyünə gəliblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və miqrasiya xidmətinin nümayəndələri 93 miqranta yardım göstəriblər, onlardan 12-si xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31