“Bayraktar” Ukraynaya pulsuz göndəriləcək
28 İyul 2022 23:05 DünyaTürkiyənin "Baykar" şirkəti Polşa vətəndaşlarının pul yığdıqları "Bayraktar" zərbə pilotsuz təyyarəsini Ukrayna Silahlı Qüvvələrinə pulsuz hədiyyə edəcək.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə şirkəti pul yığımının təşkilatçısı, polşalı jurnalist Slavomir Serakovskiyə məlumat verib.
"Dron üçün nəzərdə tutulan 22,5 milyon zlotı Ukraynaya humanitar yardım üçün göndəriləcək, lazım olan məbləğdən artıq toplanan 1,8 milyon zlotı isə Ukrayna Silahlı Qüvvələrinə veriləcək", - deyə Serakovski bildirib.
Xatırladaq ki, bu, türk şirkətinin öz pilotsuz təyyarələrini Ukrayna Silahlı Qüvvələrinə ilk pulsuz təhvil verməsi halı deyil.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31