Zelenskiyə Litvanın ali mükafatı olan Böyük Vitautas ordenini təqdim edildi - VİDEO

Litva Prezidenti Gitanas Nauseda Ukrayna Prezidenti Volodimir Zelenskiyə Litvanın ali mükafatını - Böyük Vitautas ordenini təqdim edib. Təqdimat Ali Radada baş tutub.

Olaylar.az bildirir ki, bu barədə Xalq deputatı Aleksey Qonçarenko öz "Telegram" hesabında məlumat verib.

Litva Prezidenti deyib ki, bu mükafat Zelenskiyə və bütün Ukrayna xalqına məxsusdur.

Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə gəlib.

Böyük Vitautas Ordeni 1930-cu ildə Böyük Litva knyazı Vitautasın şərəfinə Litva Respublikasının ən yüksək mükafatı kimi təsis edilib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31