"Bu söhbət münasibətlərin sabitliyini qorumaq məqsədi daşıyır" - "Bloomberg"
28 İyul 2022 22:22 DünyaABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpinin iki saatdan çox davam edən telefon danışığı aparıb.
Olaylar.az gundem.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.
"Ağ Ev rəsmisinin sözlərinə görə, bu söhbət Tayvanla bağlı gərginliyin artmasına baxmayaraq, münasibətlərin sabitliyini qorumaq məqsədi daşıyır", - Bloomberg yazır.
İki lider arasında söhbət Bakı vaxtı ilə saat 16:33-də başlayıb və 18:50-də başa çatıb, iki saatdan çox davam edib. Bu, liderlər arasında martın 18-dən bəri ilk ünsiyyətdir.
Strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi bildirib ki, söhbət zamanı Ukrayna ətrafındakı gərginliyə və Hind-Sakit okean regionunda vəziyyətə toxunulub.
Baydenin özü ötən həftə, iyulun 21- də çinli həmkarı ilə telefon danışığı etmək niyyətində olduğunu açıqlamışdı.