Bu ölkədə son 111 ilin ən quraq iyul ayı qeydə alınıb
28 İyul 2022 15:48 Dünya2022-ci ilin iyul ayı İngiltərədə son 111 ildə ən quraq ay hesab olunub.
Olaylar.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidməti bildirib.
Qeyd olunub ki, ayın əvvəlindən İngiltərəyə cəmi 15,8 millimetr yağıntı düşüb ki, bu da 1911-ci ildən bu yana ən aşağı göstərici olub.
Ümumilikdə, Böyük Britaniya üçün isə iyul ayı 1984-cü ildən bəri ən quraq ay olub.
Eyni zamanda, bu ay bir neçə dəfə İngiltərə üçün ən yüksək temperatur qeydə alınıb. İyulun 19-da London yaxınlığında havanın temperaturu 40,2 dərəcəyə çatıb. Bundan əvvəlki rekord (38,7 dərəcə) 2019-cu ildə qeydə alınmışdı.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31