Bu ölkədə meymunçiçəyinə rekord həddə yoluxma qeydə alınıb
28 İyul 2022 14:43 DünyaABŞ-də son sutka ərzində meymunçiçəyinə rekord həddə yoluxma qeydə alınıb.
Olaylar.az-ın məlumatına görə, ötən gün ölkədə 1 048 nəfərdə virus aşkar edilib.
Hazırda ABŞ-də meymunçiçəyinə yoluxanların sayı 4 639 nəfərə çatıb. Bu, dünya ölkələri arasında ən yüksək göstəricidir.
İkinci yerdə 3 738 yoluxma ilə İspaniya qərarlaşıb.
Qeyd edək ki, ötən gün ÜST rəhbəri Tedros Adanom Gebreyesus dünyada meymunçiçəyinə yoluxanların sayının 18 min nəfəri ötdüyünü demişdi.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31