Türkiyəyə daxil olan 3 terrorçu zərərsizləşdirildi
28 İyul 2022 12:41 DünyaSuriya sərhədindən Türkiyəyə daxil olan 3 terrorçu zərərsizləşdirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Süleyman Soylu Suriya sərhədindən Türkiyə ərazisinə daxil olan3 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Təhlükəsizlik qüvvələrinin son dövrdə həyata keçirdiyi güclü daxili əməliyyatlar nəticəsində PKK/KCK terror təşkilatına daha bir zərbə endirilib.
Saatlarla davam edən təqib nəticəsində Hərbi Hava Qüvvələri Komandanlığı ilə koordinasiya qurulub və dərhal məhv etmə missiyası ilə havaya qalxan F-16 və SİHA atışları ilə 3 təşkilat üzvü zərərsizləşdirilib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31