Hulusi Akar və Aleksandr Kubrakov arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danşıq zamanı İstanbulda Birgə Koordinasiya Mərkəzinin açılışından məmnunluq ifadə edilib.

Əlavə olaraq, bu həftə başlayacaq taxıl daşınmasına hazırlıq, daşınmalara dair qarşılıqlı dəstəyin və koordinasiyanın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31