Dünyada meymunçiçəyinə yoluxanların sayı 18 min nəfəri ötüb

Dünyada bu günədək meymunçiçəyinə yoluxanların sayı 18 min nəfəri ötüb.

Olaylar.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.

O bildirib ki, yoluxma halları 78 ölkədə aşkar edilib. Yoluxmaların 70 faizi Avropada, 25 faizi isə Amerika regionunda qeydə alınıb.

ÜST rəhbərinin sözlərinə görə, bu günədək meymunçiçəyindən beş nəfər həyatını itirib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31