Aİ Ermənistanın büdcəsinə 14,2 mln. avro köçürdü

Avropa İttifaqı Ermənistanın dövlət büdcəsinə 14,2 milyon avro köçürüb.

Olaylar.az xəbər verir ki,bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın müşaviri Mane Adamyan feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, bu məbləğin 6 milyon avrosu baş nazirin müavininin ofisi tərəfindən pandemiyanın nəticələrinin aradan qaldırılmasının reallaşmasına və ölkənin sosial-iqtisadi dayanıqlılığının güclənməsinə yönəldiləcək. O qeyd edib ki, bu ikitərəfli qrantlar proqramı çərçivəsində köçürülən sonuncu tranşdır.

Avropa İttifaqı sözügedən layihə çərçivəsində son iki ildə Ermənistana 30 milyon avro ayırıb.

mənbə: Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31