Patriarx Kirilin Litvaya girişinə qadağa qoyuldu- XİN bəyanat yaydı

Rus Pravoslav Kilsəsinin rəhbəri, patriarx Kirilin Litva ərazisinə girişinə qadağa qoyulub.

Olaylar.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qadağa 23 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.

Qərar Ukraynanın ərazi bütövlüyü və suverenliyinin şüurlu şəkildə inkar edilməsi, Rusiyanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan təcavüzkar hərəkətlərinə haqq qazandırılması və dəstəklənməsi ilə əlaqədar qəbul edilib.

"Vladimir Putinin ən yaxın silahdaşı olan patriarx Kirill Ukraynaya qarşı müharibənin ən fəal tərəfdarlarından biridir. O, Rusiyanın davam edən təcavüzü ilə bağlı dəfələrlə ictimaiyyətdə müsbət fikirlər səsləndirib", - Litva XİN qeyd edib.

mənbə: Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31