Peskovdan Rusiya-Türkiyə əməkdaşlığı sualına CAVAB
27 İyul 2022 15:37 Dünya"İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir".
Sfera.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirilən mətbuat konfransında deyib.
O Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də keçiriləcək görüşündə Baykar Makina ilə "Bayraktar" PUA istehsalı ilə bağlı əməkdaşlığı müzakirə edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
"Əməkdaşlığımızın belə həssas sahədə inkişafı göstərir ki, ikitərəfli münasibətlərimizin bütün sahələri son dərəcə yüksək səviyyədədir".
mənbə: Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31