İldırım vurdu, 20 nəfər öldü
27 İyul 2022 14:56 DünyaHindistanın şərqindəki Bihar ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində 20 nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, ştat rəhbərliyi yaxın günlərdə sakinləri açıq havada az vaxt keçirməyə çağırıb.
Hidrometeoroloqlar növbəti iki gün ərzində musson yağışları ilə bərabər şimşəklərin davam edəcəyini proqnozlaşdırıb.
Qeyd olunur ki, hər il Hindistanda musson mövsümündə ildırım vurmadan yüzlərlə ölüm baş verir.
Ölkədə 2020-ci ilin apreli ilə 2021-ci ilin mart ayları arasında 18 milyon ildırım vurma faktı qeydə alınıb.
mənbə: Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31