Türkiyənin Mosuldakı Baş Konsulluğunu vurdular
27 İyul 2022 14:33 DünyaTürkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik hücumu pisləyib: "BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir".
Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.
Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.
mənbə: Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31