Pakistanın iki təyyarəsi toqquşmaqdan son anda qurtuldu

Pakistan hökumətinin məlumatına görə, bu ölkəyə məxsus iki sərnişin təyyarəsi İran səmasında bir-biri ilə toqquşmaqdan son anda qurtula bilib.

Pakistanın Aviasiya Şirkətinin məsul şəxsləri qəzanın səbəbini belə izah edib.

Hadisəni İranın hava hərəkətinə nəzarət üzrə rəsmilərinin "insan səhvi" adlandırıblar.

Pakistan Aviasiya Şirkətindən verilən məlumata görə, hadisə ötən həftənin bazar günü İranın hava hərəkətinə nəzarət rəsmilərinin Pakistan təyyarələrindən birinin hava dəhlizini qəfil dəyişərək hündürlüyünü aşağı salmasından sonra baş verib.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31