Uhan şəhərinin bəzi rayonlarında yenidən sərt karantin tətbiq olundu

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Sputnik Gürcüstan"-ın məlumatına görə, Çinin Uhan şəhəri karantindən çıxdıqdan sonra burada fərdi yoluxma halları qeydə alınsa da,  karantin tətbiq edilməyib.

Lakin hazırda Hubey əyalətinin Uhan şəhərinin Szyansya rayonunun səlahiyyətliləri üç günlük karantin tətbiq etmək qərarına gəliblər. Buna səbəb dörd asimptomatik COVID-19 hadisəsinin müəyyən edilməsidir.

Pandemiyanın qarşısının alınması və onunla mübarizə üzrə rayon qərargahından verilən açıqlamada qeyd olunub ki, əhalisi 1,3 milyon nəfərdən çox olan ərazinin sakinlərinə müvəqqəti olaraq evlərini tərk etməmələri tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31