Bu ölkədə sərinləşdirici səkilər yaradıldı
27 İyul 2022 11:22 DünyaABŞ-da təhlükəli istilərlə mübarizə aparmaq üçün qeyri-adi üsul tapıblar.
Belə ki, ölkənin bir neçə şəhərində sərinləşdirici səkilər yaradılıb.
Olaylar.az xəbər verir ki, söhbət günəş işığını əks etdirən və asfaltın çox isinməsinə imkan verməyən yüngül örtüklü yollardan gedir. Oxşar üsul artıq Los-Anceles və Feniksdə sınaqdan keçirilir. Sonuncu yerdə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, yayda havanın temperaturu 38 dərəcəyə çatır, qara asfalt isə 48-67 dərəcəyə qədər qızır.
Feniks səlahiyyətliləri bildirirlər ki, yeni örtüklü yollar asfalt sahələrə nisbətən gün ərzində bir neçə dərəcə sərin olur.
mənbə: Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31