Son 300 ilin ən böyük almazı tapıldı
27 İyul 2022 11:23 DünyaAnqolada 170 karatlıq çəhrayı almaz tapılıb.
Tapılan almaz son 300 ilin ən böyüyüdür.
Kəşf edilən almazı Avstraliyaliya şirkəti tapsa da onun sahibi Anqola dövləti olacaq. Almaz beynəlxalq tender vasitəsilə satılacaq.
Rəngsizlərdən daha nadir hesab edilən rəngli almazların dəyəri son illərdə rekord həddə çatıb. "Cullinan" mavi alması aprel ayında Honq-Konqdakı hərracda təxminən 57,5 milyon dollara hərraca çıxarılıb. Güman olunur ki, yeni tapılan almaz da yüksək qiymətə satılacaq.
Qeyd edək ki, bir karat 0,2 qrama bərabərdir. Anqolada tapılan almaz 34 qram çəkiyə sahibdir.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31