"Müharibənin səbəb olduğu nəticələr aradan qalxmayacaq" - Makron
26 İyul 2022 23:10 DünyaUkraynadakı hərbi münaqişə fonunda dünyada yaranan ərzaq böhranı hələ uzun müddət çəkəcək.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu bardəə Fransa prezidenti Emmanuel Makron Kamerunda qlobal ərzaq təhlükəsizliyinə dair görüşdə deyib.
"On səkkiz ay ərzində müharibənin səbəb olduğu nəticələr aradan qalxmayacaq",- deyə Makron bildirib.
Prezident vurğulayıb ki, buna hazır olmaq lazımdır.
Emmanuel Makron əhalinin keyfiyyətli məhsullarla təminatını davam etdirmək, dayanıqlı kənd təsərrüfatını inkişaf etdirməyin vacib olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31