Hakerlər İtaliyanın vergi idarəsinə kiberhücum etdilər
26 İyul 2022 21:58 Dünyaİtaliyanın milli vergi idarəsinə haker hücumu olub.
Olaylar.az bildirir ki, müvafiq məlumat LockBit kiber ransomware qrupunun rəsmi forumunda dərc olunub.
Hakerlərin sözlərinə görə, onlar vergi orqanlarının şəbəkələrinə daxil olub və oradan sənədlərin, maliyyə hesabatlarının və imzalanmış müqavilələrin surətləri də da daxil olmaqla 100 giqabaytdan çox məlumatı oğurlayıblar.
İtaliyanın vergi orqanı baş verənləri bazarda manipulyasiya etmək cəhdi və haqsız rəqabət kimi qiymətləndirib.
Qurumdan hazırda təhlükəsizlik pozuntuları ilə bağlı məlumatların yoxlandıldığı bildirilib.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31