ABŞ səfirinə yeni müavin təyin edilib - VİDEO

ABŞ-ın Azərbaycandakı səfiliyində yeni təyinat olub.

Olaylar.az xəbər verir ki, bununla bağlı səfirlik məlumat yayıb.

"Bizim ilə birgə hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərən ABŞ səfirinin yeni müavini Hüqo Gevaranı səmimi salamlayın. Hüqonun Dövlət Departamentində böyük təcrübəsi var və son zamanda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub. Hazırkı işinə başlamazdan əvvəl Hüqo Vaşinqtonda Azərbaycan dilini öyrənib, ona görə də öz salamlama mesajlarınızı Azərbaycan dilində yaza bilərsiniz!", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31