"Daha məntiqsiz, əsassız və izahı çətin olan qərarlar qəbul edilir” - Peskov

"Moskva Aİ səviyyəsində rusiyalılara Şengen vizalarının verilməsinin dayandırılması ilə bağlı qərarların qəbul ediləcəyini istisna etmir".

Olaylar.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O xatırladıb ki, Şimali Amerika və Avropa ölkələri "Rusiyaya qarşı qeyri-dost tədbirlərin görülməsi uğrunda yarışırlar".

"Qərb siyasətçilərinin fikrincə, Rusiya hakimiyyətinə təzyiq göstərmək və mövqeyini dəyişməyə məcbur etmək gücündə olan tədbirlər arsenalı quruduqca "daha məntiqsiz, əsassız və izahı çətin olan qərarlar" qəbul edilir", - deyə Peskov qeyd edib.

Peskov Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi ilə bağlı mümkün qadağalar barədə də fikrini bildirib.

"Bu, heç yaxşı olmaz və istər-istəməz cavab reaksiyasına səbəb ola bilər", - deyə o vurğulayıb.

Peskov qeyd edib ki, Kreml "opponentlərinin az da olsa, ayıq düşüncələrini qoruyub-saxlayacaqlarına" ümid edir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31