"İspaniya və Portuqaliya qaz istehlakını azaltmaq barədə razılaşıb" - “LaSexta”

İspaniya və Portuqaliya qaz istehlakını 7% azaltmaq barədə razılaşıb.

Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın "LaSexta" telekanalı məlumat yayıb.

"Aralıq dənizi hövzəsinin bir sıra ölkələri AB-nin qaz istehlakını 15% azaltmaq məqsədi ilə qarşıya qoyduğu məqsədlə bağlı təmkin nümayiş etdiriblər. Portuqaliya və İspaniya hesab edib ki, bütün ölkələrə eyni ölçü ilə yanaşmaq lazım deyil və nəticədə razılaşmalar nəticəsində İspaniya və Portuqaliyanın qaz istehlakını 7% azaltması barədə razılıq əldə olunub", - telekanal bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31