"Üzərimizə düşən öhdəlikləri yerinə yetiririk və yerinə yetirməyə davam edəcəyik” - Hulusi Akar

Ukrayna taxılının olduğu ilk gəmilərin mümkün qədər tez vaxtda müştərilərə göndərilməsi zəruridir.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovla görüşündə deyib.

"Türkiyə Ukraynanın dəniz limanlarından yüklərin daşınması çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirir və bundan sonra da yerinə yetirməyə davam edəcək", - Akar qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31